Qəzaya düşən polislərdən biri öldü
14:35 04 Avqust 2017
Lənkəranda iki gün əvvəl baş verən qəzada xəsarət alan polis əməkdaşlarından biri dünyasını dəyişib.
Dünyasını dəyişən 1988-ci il təvəllüdlü Niftiyev Fərrux Minəxan oğludur.
Qəzada ağır xəsarət alan Məmmədov Elşad Mehdi oğlu isə Bakıdakı klinikaların birinə
gətirilib.
Xatırladaq ki, hadisə avqustun 2-də Lənkəranın dağlıq ərazisi olan Osaküçə-Günəhir yolunda baş verib. Belə ki, "Mercedes" markalı minik avtomobili körpüyə çırpıldıqdan sonra dərəyə aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən 4-ü ağır, 1-i yüngül xəsarət alıb. Vəziyyəti ağır olan iki nəfər cərrahi əməliyyatı olunub, digərləri isə travmatalogiya şöbəsinə yerləşdiriliblər. Bir nəfərə isə ambulator yardım göstərilib.
Xəsarət alanlardan Məmmədli Vüsal Rüstəm oğlu (1984), Rzayev Əlizamin Fəraqət oğlu (1986), Məmmədov Elşad Mehdi oğlunun (1983) müalicəsi davam etdirilib.
Qəzada xəsarət alanların hamısı Masallı rayon Mühafizə Polisinin əməkdaşları olub. Onlar istirahətdən qayıdırmışlar.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Femida.az
Oxunub: 1899
Oxşar xəbərlər
- Qəzaya düşən hərbçimiz dünyasını dəyişdi
- Qəzaya düşən ailənin daha bir üzvü xəstəxanada öldü
- Qəzaya düşən pambıqçılar evə buraxıldı
- Qəzaya düşən məktəblilərdən SON XƏBƏR
- Qəzaya düşən azyaşlı qız öldü
- Qəzaya düşən qarmon ifaçısı öldü - VİDEO
- Qəzaya düşən vəzifəli şəxslərlə bağlı - Rəsmi açıqlama
- Qəzaya düşənlərin tibbi xərclərini kim ödəyir? – Hüquqi cavab
- Qəzaya uğrayan təyyarədə erməni izi
- Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı