Qəzaya düşən məktəblilərdən SON XƏBƏR


16:18     12 Oktyabr 2016 qeza%20yeni8.jpg

Təhsil Nazirliyinin nümayəndələri Sabirabadda qəza nəticəsində yaralanan məktəblilərə baş çəkib


Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valheovun Femida.az-a bildirib ki, ötən gün Sabirabad rayonunda baş vermiş avtoqəza nəticəsində xəsarət almış məktəblilər-Rəşad, Vüsal, Ağamirzə Travmatologiya institutunun uşaq travmatologiya şöbəsində müalicə alırlar.

“Bu gün Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə onlara baş çəkmək üçün xəstəxanaya getdik. Hər üç məktəbli özünü yaxşı hiss edir, bizdən oxumaq üçün kitablar istədilər. Sifariş etdikləri kitabları tezliklə onlara çatdıracağıq. Eyni zamanda bu gün Təhsil Nazirliyinin əməkdaşları Sabirabadda baş vermiş avtoqəza nəticəsində həlak olan məktəblinin hüzr mərasimində iştirak etmək üçün rayona yola düşüblər. Allah həlak olan balamıza rəhmət etsin. Xəsarət alanlara şəfa versin!”

Qeyd edək ki, Sabirabad rayonunun Bulaqlı kəndində məktəbliləri aparan avtobusun yük maşını ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1070