Qəzaya düşən vəzifəli şəxslərlə bağlı - Rəsmi açıqlama


16:26     03 May 2016 din%20daxili.jpg

Daxili İşlər Nazirliyi (DİN) vəzifəli şəxslərin qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb.


Femida.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 2-də saat 15.00 radələrində Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Rüstəm Haqverdiyevin idarə etdiyi “Toyota” və Qusar rayon sakini Rabit Əkbərovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşmuş və “QAZ-3110” markalı avtomobildə yanğın baş verib. Nəticədə R.Haqverdiyevin sərnişinlərindən Adışirin Ələkbərov hadisə yerində ölüb, özü və 3 sərnişini, habelə R.Əkbərov xəstəxanaya yerləşdirilib, R.Haqverdiyev orada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mətbuatda yayılan məlumatlara görə, qəzaya düşən “Toyota” avtomobilində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov da olub və xəsarət alıb. Qəzada ölənlərdən A. Ələkbərov “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavinidir.

Açar sözlər:

Oxunub: 1272