Elinanın ölümü ilə bağlı istintaq davam edir - Baş Prokurorluq
19:16 30 May 2019
Xəbər verildiyi kimi Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.
Baş Prokurorluqan Femida.az -a verilən məlumata görə, istintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir.
Belə ki, iş üzrə çoxsaylı şahidlər, o cümlədən Elina Hacıyevanın təhsil aldığı məktəbin vəzifəli şəxsləri, müəllimləri və sinif yoldaşları dindirilmiş, videomüşahidə kameralarına, mobil telefonlara, sənədlərə baxış keçirilmiş, mobil telefonlarla aparılan danışıqlara, yazışmalara dair məlumatlar əldə edilməklə təhlil olunmuşdur.
Cinayət işi üzrə yüksək ixtisaslı, böyük elmi və iş təcrübəsi olan peşəkar ekspertlər cəlb edilməklə komisyon məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, məhkəmə kompüter-texniki, məhkəmə-psixoloji, məhkəmə-fonoskopik ekspertizaları təyin edilmiş, müvafiq sorğular verilmişdir.
Oxunub: 495
Oxşar xəbərlər
- Elinanın ailəsi apellyasiya şikayəti verib - Daha ağır cəza istəyirlər
- Elinanın məhkəməsində dəhşətli faktlar - “O şəkillə şantaj edirdi”
- Elinanın intiharına görə mühakimə olunan direktor barədə şikayət təmin olunmadı
- Elinanın ölümündə adı hallanan Xalidə Bayramovanın vəzifəsi əlindən alındı
- Elinanın intihar etdiyi məktəbə müvəqqəti direktor təyin edildi
- Elinanın xalası qızına ölüm təhdidi - Prokurorluq işə qarışdı
- Elinanın ölümünə görə - Direktora CİNAYƏT İŞİ AÇILDI
- Elinanın ölümündə adı hallanan oğlanı qaçırmaq istədilər -İDDİA
- Elinanın intiharı ilə bağlı cinayət işi başladı - Məktəb direktoru ifadə verir