Şəkidə yol qəzası - İki bacı ağır xəsarət alıb


12:22     05 İyun 2019 qeza_yeni.jpg



Şəkidə baş verən yol qəzasında iki nəfər ağır xəsarət alıb.

Femida.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.

Rayon sakini Müşfiq Muxtarlının idarə etdiyi “Mersedes” markalı 99-RC- 955dövlət nömrə nişanlı minik avtomobili ilə Qafar Hüseynovun idarə etdiyi “VAZ
21074” markalı 90-KK-068 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

Qəzadan sonra avtomobillərin sürücləri xəsarət almasa da, “VAZ 21074” markalıavtomobildə sərnişin qismində olan iki bacı - Şəki şəhər sakinləri, 1974-cü iltəvəllüdlü Ruziyə Əlövsət qızı Bəkirova və 1979-cu il təvəllüdlü Leyli Əlövsət qızıMabudova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon MərkəziXəstəxanasına aparılıblar.

Tibb müəssisəsindən bildirilib ki, hər iki yaralının müalicəsi xəstəxananınreanimasiya şöbəsində aparılır, vəziyyətləri müvafiq olaraq ağır və orta-ağır qiymətləndirilir.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 532