Maşını bilərəkdən divara çırpdı, vəsiyyətnaməsi tapıldı
10:53 08 İyun 2019
Bakı-Sumqayıt şosesində bir nəfərin yaralanması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az oxu.az-a istinadən xəbər verir ki, qəza şosenin Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məmmədov Rahib Elton oğlu idarə etdiyi "Renault" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən minik maşını anidən yol kənarındakı beton arakəsməyə çırpılıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Ərazidə ilkin müayinə aparan zaman qəzanın qəsdən törədilməsi ehtimalı yaranıb. Belə ki, avtomobildən sürücünün vəsiyyətnaməsi aşkarlanıb.
Məlum olub ki, o, maddi çətinlikdən əziyyət çəkdiyi üçün özünü öldürmək istəyib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov yaxınlarının təkidi ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1033
Oxşar xəbərlər
- Maşının vurduğu 8 yaşlı uşaq xəstəxanda öldü
- Maşını qaçırıb yandırdılar
- Maşını ilə birgə itkin düşdü
- Maşınını çaya aşıran sürücü öldü
- Maşını qaçırdı - 1 gün sonra tutuldu
- Maşınını aşırdı, sürücü öldü
- Maşını dirəyə çırpdı: yaralılar var
- Maşını satarkən nömrəni saxlatdırmaq mümkündürmü?
- Maşının mühərrikindən dərman və telefonlar çıxdı
- Maşının üzərinə “Satılır” elanı vuranlar 2000 manat cərimə olunacaq