Maşınla vurulan piyada xəstəxanada öldü


14:26     10 İyun 2019 xestexana5.jpg

Nərimanov rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, iyunun 8-də saat 23 radələrində Nərimanov rayonunun Heydər Əliyev prospektində Bakı şəhər sakini F.Quliyev idarə etdiyi “Slavita” markalı avtomobillə yolu keçən paytaxt sakini Elbrus Gözəlovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 355