Rusiyada mikroavtobus çevrildi - Azərbaycanlılar xəsarət aldı


20:26     06 İyul 2019 2019/07/A3B122E7-9B9B-455A-B7B4-25440D2A812B_1562430488.jpeg

Rusiyanın Voronej vilayətinin Bobrovsk rayonunda yol qəzası baş verib.

“Mercedes-Benz Sprinter” markalı mikroavtobusun sürücüsü döngədə idarəetməni itirib və nəqliyyat vasitəsi çevrilib.

Nəticədə avtobus sürücüsü və altı sərnişin ağır xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Nəqliyyat vasitəsində ümumi 12 nəfərin olduğu bildirilir. Avtobus Moskvadan Azərbaycana gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 416