Yaponiyada ilin ilk edam hökmü gerçəkləşib


09:07     02 Avqust 2019 edam_051013_main.jpg

Yaponiyada ədliyyə naziri Takasi Yamasitanın əmri əsasında iki cinayətkar asılıb.

Bu barədə Yaponiyanın İctimai Televiziyası xəbər verib.

Asılan şəxslərin kimliyi və digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, hazırki baş nazir Şinzo Abenin vəzifədə olduğu müddətdə 38 nəfər edam edilib. Ötən ilk Yaponiyada "Aum Sinrikö" ekstremist qruplaşmasının 13 üzvü və rəhbəri edam edilib.

Yaponiyanın Vəkillər Assosiasiyası ölkədə cinayətkarların edam edilməsinə son verməyə çağırır. Cinayətkarların asılması yalnız ədliyyə nazirinin yazılı əmrindən sonra icra edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 440