“Əli Abbasov işdən çıxarıldığını eşidəndə...”


16:29     13 Noyabr 2015 a659cb6c674ef7aaa638854abf79908d6.jpg

Ötən gün prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivi ilə vidaşalaraq iş otağını tərk edib.


Femida.az xəbər verir ki, bunu Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirov AzVision.az-a açıqlamasında bildirib:

"Eks-nazir Əli Abbasov nazir vəzifəsindən çıxarılması ilə bağlı xəbəri eşidəndə işbaşında idi. Prezidentin sərəncamından sonra Əli Abbasov işçilərlə sağollaşıb getdi” .

Qeyd edək ki, Əli Abbasov ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilib.

Açar sözlər:

Oxunub: 1567