“Əli Kərimli əfvə qarşıdır”


05:14     13 Mart 2016 maxresdefault90.jpg

“Düşünürəm ki, bayram ərəfəsi prezident İlham Əliyev geniş əfv fərmanı imzalayacaq. Gözləntilərim həm də odur ki, növbəti əfvdə bir çox insanların ailəsi sevinəcək. Təəssüf ki, əfvin verilməməsini istəyən qüvvələr də var.”


Femida.az xəbər verir ki, bunu BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, əfv komissiyasının iclaslarından dərhal sonra “Azadlıq” qəzeti başda olmaqla, bir çox qəzetlərdə bunun əleyhinə yazılar gedir:

“Son günlər mətbuatdan oxuyuruq ki, əfv komissiyasının intensiv iclasları keçirilir. Ancaq bu iclaslardan dərhal sonra adını çəkdiyim qəzet və saytlar da əfv əleyhinə kampaniya aparılır, yazılar yazılır. Yazırlar ki, Azərbaycan hökuməti siyasi məhbusları azad etməyə, islahatlar həyata keçirməyə məcbur edilir. Radikal müxalifətin təmsilçisi olan Əli Kərimli qəsdən bir növ qıcıq yaratmaqla, iqtidarı bu addımı atmaqdan çəkindirməyə çalışırlar. Həbsdə olnaların ailələri, uşaqları, qohumları var. Cəmiyyət o adamları qınamalıdır ki, bu cür təxribatçı məqalələr yazmaqla, bəyanatlar verməklə əslində, öz siyasətlərini kiminsə faciəsi və bədbəxtliyi üzərində qururlar. Həmin adamların azad edilməməsi bunlar üçün hökumətin əleyhinə kampaniya aparmaq üçün fürsətdir. Buna yol vermək olmaz. Ona görə ki, o məhbusların tək özləri yox, həm da ailələri, uşaqları böyük əziyyət çəkirlər. Niyə bu adamların azad olunmasının qarşısını alırsınız?

Məncə, hakimiyyət Əli Kərimliyə əhəmiyyət verməyəcək. Və digər tərəfdən həmm də siyasətlə məşğul olmuş, ictimai-siyasi həyatda olan həmin adamlar cəzalarının bir hissəsini çəkiblər. Ona görə də həbsində siyasi motivlərin olması iddia olunan insanların belə bu humanizmdən faydalanması, dövlətin qayğısını hiss etmələri yaxşı olar. Həmçinin bundan istifadə edib, Azərbaycanın adını mənfi hesabatlara daxil edən təşkilatların da əlindən bu arqumentləri alınar. Çünki beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları bu arqumentlə dövlətin imicini korlayırlar. Dünyada Azərbaycan haqqında qanunun aliliyi, insan haqları ilə bağlı məlumat əldə etmək istəyəndə heç vaxt bizim ölkədəki təşkilatların məlumatlarını oxumurlar. Bu reallıqdır və biz mövcud reallıqları qəbul etməliyik. Kimlərin azad olunmasına gəldikdə isə, məncə, adları beynəlxalq təşkilatların siyahısında olan şəxslərin böyük əksəriyyət əfv ediləcək...”

Açar sözlər:

Oxunub: 1536