Şəkidə qadın bıçaqlandı


09:11     05 Oktyabr 2019 bicaq.jpg

Bu gün səhər saat 05 radələrində Şəki şəhəri, Qulcana küçəsi ev 25 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusibova sağ qabırğaaltı nahiyənin kəsilmiş-deşilmiş, daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
G.Yusibova müayinə zamanı yaşadığı ünvanda yıxıldığını və bu zaman əlində olan bıçaqla xəsarət aldığını bildirib.

G.Yusibova hazırda müayinə olunur, onun əməliyyat olunacağı bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Apa)

Açar sözlər:

Oxunub: 406