Rusiyada kişi azərbaycanlı hamilə arvadını döydü


14:13     18 Noyabr 2019 19_11_18_1574072048.jpg

Rusiyada Usinsk Şəhər Məhkəməsinin qərarı ilə 17 yaşlı həyat yoldaşını döyməkdə təqsirləndirilən ailə başçısı 5 il 6 ay müddətində həbsə məhkum edilib.


Femida.az xəbər verir ki, cinayəti törətmiş şəxs hamilə olan, 2015-2018-ci illər aralığında yaşadığı həyat yoldaşını fiziki və mənəvi işgəncələrə məruz qoyub.


Şiddət faktı cütlüyün digər azyaşlı oğlan uşağının gözü önündə törədilib.

Qeyd edək ki, qeyri insani rəftara məruz qalmış qadın Azərbaycan Respublikasının vətəndaşıdır.

Cinayətkar cəzasını ümumi rejimli həbsxanada çəkəcək.

Açar sözlər:

Oxunub: 477