İtaliyada pandemiya qurbanlarının sayı 21 mini ötdü


20:25     14 Aprel 2020 2020/04/italy-coroo_1586881586.jpg

İtaliyada son sutkada daha 602 nəfər koronavirusun qurbanı olub.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 21 067-yə çatıb.

Bildirilib ki, koronavirusa yoluxanların sayı daha 2 972 nəfər artaraq 162 488-ə yüksəlib.

İtaliyada koronavirusdan sağalanların sayı isə 37 130 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 955 000-i ötüb. Bunların 462 781 nəfəri sağalıb, 123 436 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Açar sözlər:

Oxunub: 833