İtaliyada koronavirus peyvəndinin sınağına yayda başlanılacaq
20:21 23 Aprel 2020
İtaliyada COVID-19 infeksiyasına qarşı peyvəndin insanlar üzərində kliniki sınağına bu ilin yay aylarında başlanılacaq.
Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə tibbi preperatın hazırlanması ilə əlaqədar əməkdaşlığa başlayan ReiThera (İtaliya), Leukocare (Almaiya) və Univercells (Belçika) biotexnoloji kompaniyalarından bildirilib.
Kliniki sınaqların uğurla həyata keçiriləcəyi təqdirdə kompaniyalar peyvəndin genişmiqyaslı istehsalına başlaya biləcəklər. Lakin tərəfdaşlar bildiriblər ki, təhlükəsiz və effektiv peyvəndin hazırlanması ilə yanaşı, qısa müddətə onun milyonlarla dozasını əldə etmək də vacibdir. Onlar bu iki məsələnin həll edilməsinə çalışacaqlarını bildiriblər.
İnsanlar üzərində ilk kliniki sınaqlara yay aylarında İtaliyada başlanılacaq. Sınaqların uğurla başa çatmasından sonra, peyvəndin paralel olaraq istehsalına və toplanılmasına da start veriləcək.
2021-ci ilin əvvəllərində yeni preparatın 6 milyon dozasının hazır olacağı gözlənilir.
Femida.az
Oxunub: 855
Oxşar xəbərlər
- İtaliyada alma boyda dolu düşdü
- İtaliyada 5.5 bal gücündə zəlzələ oldu
- İtaliyada bir gündə 680 nəfər koronavirusdan ölüb
- İtaliyada vəfat edən görkəmli azərbaycanlı opera müğənnisi Bakıda dəfn edilib
- İtaliyada vəfat edən azərbaycanlı musiqiçi Bakıda dəfn ediləcək
- İtaliyadakı səfirimiz erməni icmasının yalanlarını ifşa edib
- İtaliyada daha 214 nəfər koronavirusa yoluxub, 12 nəfər isə virusdan ölüb
- İtaliyada 28 May münasibətilə videokonfrans keçirilib
- İtaliyada koronavirusdan ölüm və yoluxma azalır
- İtaliyada son bir gündə daha 420 nəfər koronavirusdan ölüb