Şəkidə sərt karantin rejimində məclis təşkil edənlər cərimələnib
10:04 22 İyul 2020
Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Aşağı Layısqı kənd sakini Mehman Yusifovun xüsusi karantin rejimini pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəliblər. Ev sahibi M.Yusifovun 20- dən artıq şəxsi biryerə toplayaraq məclis təşkil etdiyi və karantin rejimi qaydalarını pozduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin və insanların biryerə toplaşmasının qarşısı alınıb. Həmçinin, orada olanlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub.
Məclisi təşkil edən 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimələnib.
Oxunub: 707
Oxşar xəbərlər
- Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
- Şəkidə sel kəndlə şəhərin əlaqəsini kəsib, avtomobili aparıb
- Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub
- Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var
- Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
- Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
- Şəkidə işləmək adı ilə evdən çıxan şəxs itkin düşüb
- Şəkidə yaşayış evi yanıb, 60 yaşlı kişi ölüb
- Şəkidə avtomobil aşıb, xəsarət alanlar var
- Şəkidə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb