“İlham Əliyevi Pakistanda gözləyirəm” - Məmnun Hüseyn
16:03 09 Dekabr 2015
"Pakistan və Azərbaycan arasında siyasət, iqtisadiyyat, mədəniyyət, müdafiə və təhlükəsizlik sahəsində mövcud olan çoxtərəfli əməkdaşlığı gücləndirməyə ehtiyac var".
Bunu Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla İslamabadda keçirilən görüşdə deyib. Dövlət başçısı region ölkələrinin və Pakistanın qarşılıqlı fayda və tərəqqi üçün bütün sahələrdə əməkdaşlığı genişləndirməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, mədəniyyət, adət-ənənələr və tarix baxımından çoxlu ortaq cəhəti olan region ölkələri və Pakistan birlikdə beynəlxalq forumlarda sülh və tərəqqi adına səmərəli və konstruktiv rol oynaya bilər.
M.Hüseyn qeyd edib ki, Azərbaycan və Pakistan arasındakı ticarət dövriyyəsinin hazırkı vəziyyəti real potensialı əks etdirmir, investisiyalar yatırmaq və ticarət sahəsində əməkdaşlığı daha da genişləndirmək lazımdır.
Prezident "Turkish Airlines" vasitəçiliyi ilə Pakistan və Azərbaycan arasında birbaşa hava əlaqəsinin bərpa edilməsini yüksək qiymətləndirərək, bunun sayəsində səfərlərin, ticarətin, turizmin və iki ölkə insanları arasında birbaşa əlaqələrin asanlaşdıracağını deyib.
Dövlət başçısı müdafiə və təhlükəsizlik sahəsində Azərbaycan ilə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.
M.Hüseyn Cammu və Kəşmir məsələsində Pakistana verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib, Pakistan hökumətinin və xalqının Azərbaycan Prezidenti İlham Əliyevin İslamabada səfərini gözlədiyini vurğulayıb.(Report)
Oxunub: 1345
Oxşar xəbərlər
- “İlham Əliyevin səfərindən sonra...” - İranlı nazir
- “İlham Əliyevin əmrini gözləyirik” - Bəyanat
- “İlhamə haqqında elə açıqlama verərəm ki,...” - Flora Kərimova
- “İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki…” - Əli Həsənov
- “İlham Əliyevə təşəkkür edirəm...” - Mehriban Əliyeva
- “İlham Əliyev Putinin təklifini qəbul etdi“
- “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 20-ci cildi çapdan çıxıb