“İlham Əliyevin səfərindən sonra...” - İranlı nazir


00:34     25 Aprel 2016 mahmud%20vazei.jpg

Son iki ay ərzində İran Xudafərin su elektrik stansiyasının istismara verilməsi üzrə işləri sürətləndirib və Azərbaycanla sərhəddə Araz çayı üzərində bəndin tikintisini praktik olaraq bitirib.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi bildirib.

Nazirin sözlərinə görə, "Xudafərin" layihəsinin reallaşdırması çox illər texniki və siyasi problemlərə görə ləngimələrlə rastlaşırdı, amma Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfərindən sonra və sazişin imzalanmasından sonra İran bu istiqamətdə işləri sürətləndirdi.

Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında saziş 2016-cı ilin fevralında imzalanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1270