Şəkidə koronavirusa kütləvi yoluxma aşkarlanan bazar açılıb
11:39 22 Sentyabr 2020
Şəkidə koronavirusa kütləvi yoluxma aşkarlanan bazar açılıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən müvəqqəti bağlanan “Şəki Bazar” ASC bu gün səhər saatlarından fəaliyyətə başlayıb.
Qeyd edək ki, “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar sentyabr ayının birinci yarısı ərzində aparılan testlər nəticəsində 12 nəfərin virusa yoluxduğu aşkar edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədilə "Şəki Bazar" ASC-nin üç gün müddətində fəaliyyətini dayandırmışdı.
Oxunub: 396
Oxşar xəbərlər
- Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
- Şəkidə sel kəndlə şəhərin əlaqəsini kəsib, avtomobili aparıb
- Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub
- Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var
- Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
- Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
- Şəkidə işləmək adı ilə evdən çıxan şəxs itkin düşüb
- Şəkidə yaşayış evi yanıb, 60 yaşlı kişi ölüb
- Şəkidə avtomobil aşıb, xəsarət alanlar var
- Şəkidə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb