Səudiyyə Ərəbistanında ilk qadın deputat seçilib


18:15     13 Dekabr 2015 44158.jpg


Səudiyyə Ərəbistanında keçirilən parlament seçkilərində ilk qadın deputat seçilib.

Səlma bin Hizab əl-Oteybi bələdiyyə şurasının deputatı seçilib. Krallığın seçki komissiyasının məlumatına görə, xanım Məkkə vilayətində mandat əldə edib.

Bu bələdiyyə seçkilərində Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq qadınlarda iştirak edə bilib – həm namizəd həmdə seçici qismində. Ölkədə keçirilən tarixi seçki prosessi dünya mediasının gündəmini zəbt edib.

Seçkilərin yekun nəticələrinin dekabrın 13-ü axşam saatlarında elan olunacağı gözlənilir. Ümumilikdə namizəd qismində 978 qadın və 5938 kişi qeydiyyatdan keçib. Səudiyyə Ərəbistanında mövcüd olan ciddi cinslərarası seqreqasiyaya görə qadınlar təbliğat-təşviqat kampaniyası zamanı arakəsmə arxasından çıxış ediblər, bəzi qadınları isə bu zaman kişilər təmsil ediblər.

Seçkilər özü də Səudiyyə Ərəbistanı üçün nadir hadisədir. Bu dəfəki seçki ölkə tarixində üçüncüdür. 1965-2005-ci illərdə Səudiyyə Ərəbistanında ümumiyyətlə seçki keçirilməyib.

Qadınlara seçkilərdə iştirak etmək hüququnun verilməsinə dair qərarı isə mərhum kral Abdulla qəbul edib.

İslahatlar haqda elan edən şah artıq Səudiyyə qadınlarının düzgün qərar qəbul etmə və məsləhət vermə bacarığının olduğunu sübut etdiklərini bildirib.

2013-cü ildə isə şah 30 qadını Məclis əş-Şura məsləhətxanası asambleyasına təyin edib.

Dekabrın 12-si ölkədə baş tutan seçkilərin nəticələrinə uyğun bələdiyyə şurasının 2100 üzvü müəyyən olunacaq, daha 1050 nəfər isə şahın razılığına əsasən şuraya təyin olunacaq.

Açar sözlər:

Oxunub: 1038