Rusiyada qalan daha 155 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
19:36 20 Noyabr 2020
Rusiya ərazisində qalan daha 155 Azərbaycan vətəndaşının bu gün ölkəyə qayıtması təmin olunub.
Femida.az bildirir ki, soydaşlarımız avtobuslarla Rusiya ilə "Samur" sərhəd-keçid məntəqəsindən ölkəyə gətirilib.
Onlar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyası ilə sərhəddə - Qusar rayonunun ərazisində yerləşən "Samur" sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilib, müvafiq tibbi yoxlamadan keçirilib.
Qəbul-çeşidləmə məntəqəsində eyni vaxtda 1200 nəfərin yerləşdirilməsi üçün şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.
Sərhəd-keçid məntəqəsində ilkin tibbi müayinədən keçən şəxslərin FHN-in qəbul-çeşidləmə məntəqəsində fəaliyyət göstərən və müvafiq tibbi avadanlıqlarla təchiz edilmiş tibbi briqadaları tərəfindən təkrar müayinəsi və burada karantin rejimində müvəqqəti qalması təmin edilir.
Həmçinin hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyəsi nəzərdə tutulur.
Femida.az
Oxunub: 399
Oxşar xəbərlər
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiyada 82 nəfər kəskin bağırsaq infeksiyasına yoluxub
- Rusiyada təyyarə qəzası olub, ölənlər var
- Rusiyada 10 gün öncə radardan itən təyyarə tapılıb
- Rusiyada beş nəfər avtomobildə yanaraq ölüb
- Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb
- Rusiyada "An-2" təyyarəsi radardan itib
- Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb