Rusiyada koronavirusdan ölənlərin sayı 58 mini ötüb


16:55     02 Yanvar 2021 21_01_02_1609589075.jpg

Rusiyada son sutka ərzində daha 26 301 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Femida.az -ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 3 212 637 nəfərə çatıb.

Son sutka ərzində 447 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 58 002 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Açar sözlər:

Oxunub: 342