Rusiyada yük maşını hərbi avtobuslara çırpılıb, dörd hərbçi ölüb
18:50 11 Yanvar 2021
Moskva vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.
Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərinə görə, hərbçiləri daşıyan avtobus karvanı yük maşını ilə toqquşub.
Qəza nəticəsində 4 hərbçi ölüb, xeyli insan xəsarət alıb. Xəsarət alanlardan 21-i xəstəxanaya yerləşdirilib.
Rusiya Müdafiə Nazirliyi hərbçilərin ölümünü təsdiqləyib.
İlkin məlumata görə, qəzaya yük maşınının sürücüsünün idarəetməni itirməsi səbəb olub.
Oxunub: 349
Oxşar xəbərlər
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiyada 82 nəfər kəskin bağırsaq infeksiyasına yoluxub
- Rusiyada təyyarə qəzası olub, ölənlər var
- Rusiyada 10 gün öncə radardan itən təyyarə tapılıb
- Rusiyada beş nəfər avtomobildə yanaraq ölüb
- Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb
- Rusiyada "An-2" təyyarəsi radardan itib
- Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb