Rusiyada mədən çöküb, 92 nəfər xilas edilib, 1 nəfər ölüb


09:12     14 Fevral 2021 2021/02/1613263229355_WAr2WpvV_1613278076.jpeg

Rusiyanın Kuzbas bölgəsinin Novokuznetsk şəhərində yerləşən mədən çöküb, 98 nəfər dağıntı altında qalıb.

Femida.az
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir ki, hadisə mədəndə qayanın çökməsi nəticəsində baş verib.

Əraziyə 24 xilasedici, 5 texnika cəlb olunub. Xilasedicilər 92 nəfəri səthə çıxarıb. Beş nəfər bərpa işlərini təmin etmək üçün mədəndə qalıb. Bir nəfərin öldüyü bildirilir.

Açar sözlər:

Oxunub: 330