Rusiyada Afrika donuz taununun yeni ocağı aşkarlanıb
19:29 04 Aprel 2021
Rusiyada Afrika donuz taununun yeni ocağı aşkarlanıb.
Femida.az -ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Kominin Sıktıvdinsk rayonunun Malaya Sluda kəndində şəxsi təsərrüfatlardan birində Afrika donuz taunu aşkarlanıb.
Komi Region Hökuməti hazırda taunun aşkarlandığı məkanda mütəxəssislərin taunun yayılmasının qarşısının alınması və ocağın lokallaşdırılması üçün çalışdığını açıqlayıb.
Bundan əvvəl 2021-ci ilin fevralında Komidə Sıktıvkar yaxınlığında başqa bir şəxsi yardımçı təsərrüfatda Afrika donuz taunu ocağı aşkarlanıb. Taun 13 heyvanın ölümünə səbəb olub. Fevralın 15-dən Sıktıvkar və Sıktıvdinsk rayonlarında, o cümlədən qismən Kortkerossk rayonunda Afrika donuz taunu ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunur. Karantin zonasında 840-dan çox donuz tələf edilib.
Oxunub: 343
Oxşar xəbərlər
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiyada 82 nəfər kəskin bağırsaq infeksiyasına yoluxub
- Rusiyada təyyarə qəzası olub, ölənlər var
- Avstraliya Rusiyadan qızıl idxalını qadağan edib
- Rusiyada 10 gün öncə radardan itən təyyarə tapılıb
- Britaniya, ABŞ, Kanada və Yaponiya Rusiyadan qızıl idxalına qadağa qoyub
- Rusiyada beş nəfər avtomobildə yanaraq ölüb
- Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb