Şəkidə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var - FOTO


13:12     08 Aprel 2021 21_04_08_1617873160.jpg

Şəkidə yük maşını ilə minik avtomobili toqquşub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında şəhərin Salman Mumtaz və Məzahir Abbasov küçələrinin kəsişdiyi yerdə baş verib.

Taryel Həbubullayevin idarə etdiyi 32 BB 008 dövlət nömrə nişanlı “Zil 132” markalı yük maşını 34 BE 933 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü yüngül xəsarət alsa da, onun sərnişini Gülnar Ramazanova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 253