Məzahir Pənahov: “MSK-nın müraciəti ilə partiyaların fəaliyyətinin dayandırmasını istəmirik”
22:25 07 Aprel 2015
Bu gün Mərkəzi Seçki Komissiyasında illik maliyyə hesabatını təqdim etməyən partiyalar barədə müzakirə aparılıb.
Femida.az-ın məlumatına görə, APA-nın məlumatına görə,
Qurumun katibi Mikayıl Rəhimov tanınmış partiyaların tanınmayan, bir özləri, bir möhürləri olan, vergi verməyən partiyaların hesabat təqdim etmədiyini söyləyib. O, Ədliyyə Nazirliyinə müraciət edilməsini, nazirlik tərəfindən həmin partiyaların fəaliyyətinin araşdırılmasını zəruri sayıb. MSK sədri Məzahir Pənahov qeyd edib ki, bu partiyaların fəaliyyəti indiyə qədər Ədliyyə Nazirliyi tərəfindən dayandırılmayıb: “İstəmirik ki, Ədliyyə Nazirliyi MSK-nın fəaliyyəti nəticəsində siyasi partiyaların fəaliyyətini dayandırsın”.
M. Pənahov deyib ki, maliyyə əməliyyatlarının olub-olmamasından asılı olmayaraq, partiyalar illik maliyyə hesabatlarını təqdim etməlidir. Mətbuatın partiyaları maarifləndiriləsi sahəsində önəmli rol oynadığını və bundan sonra da bu sahədə məlumatlandırmadan mətbuatdan dəstək gözlədiklərini deyən MSK sədri məsələ ilə bağlı son qərar verməməyi, müzakirəni davam etdirməyi məqbul sayıb.
Femida.az
Oxunub: 2143
Oxşar xəbərlər
- Məzahir Pənahov Rusiyada səfərdədir
- Məzahir Pənahovdan siyasi partiyalara - Xəbərdarlıq
- Məzahir Pənahov seçkilərə görə ABŞ-dadır
- Məzahir Pənahov Avstriyada - Gündəm seçkilərdir
- Məzahir Pənahovdan sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT
- Məzahir Pənahov müşahidəçilərlə görüşüb
- Məzahir Pənahov ABŞ səfiri ilə görüşüb
- Məzahir Pənahov AŞPA nümayəndəsi ilə görüşüb
- Məzahir Pənahov sədr müavini ilə görüşüb
- Məzahir Pənahov Sekuta ilə görüşüb