Səudiyyə Ərəbistanı İrana nota verdi


22:11     03 Yanvar 2016 40679.jpg



Femida.az xəbər verir ki, Səudiyyə Ərəbistanı xarici işlər nazirliyi İranın Ər-Riyaddakı səfirini çağıraraq, şiə din xadimi Nemr ən-Nemrin edam edilməsinə görə İrandan edilən açıqlamalarla əlaqədar nota təqdim edib.


Məlumatı Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA təsdiqləyib.

Notada bildirilir ki, bu gün (dünən: red) şəriət hökmləri çərçivəsində icra edilən edam cəzalarına görə İrandan edilən açıqlamalar düşmənçilik xarakteri daşıyır.

"Mühakimə prosesi tamamilə hüquqi proseslər sonunda verilib. İranın bu cür açıqlamaları Səudiyyə Ərəbistanının daxili işlərinə açıq müdaxilədir." deyə notada bildirilir.

Açar sözlər:

Oxunub: 1878