"Taliban"ın nümayəndə heyəti Özbəkistana səfər edib


15:36     16 Oktyabr 2021 2021/10/777B31FB-0B86-4A44-91F2-5303A94B4B63_1634385551.png

Əfqanıstanda "Taliban" hərəkatı tərəfindən formalaşdırılmış müvəqqəti hökumətin nümayəndə heyəti Özbəkistana səfər edib.

Femida.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin sözçüsü Yusup Kabuljanov məlumat verib.

Onun sözlərinə görə, nümayəndə heyətinə müvəqqəti hökumətin baş nazirinin müavini Abdul Salam Hənəfi rəhbərlik edir. Onlar Özbəkistanın baş nazirinin müavini Sərdor Umurzakovla danışıqlar aparıb.

Xatırladaq ki, bir neçə gün əvvəl müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottəkinin rəhbərlik etdiyi heyət Türkiyəyə səfər edib və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.


Femida.az

Açar sözlər: #Taliban   #Özbəkistan    

Oxunub: 702