Rusiyada mədən işçilərini daşıyan avtobus aşıb


20:47     06 Noyabr 2021 21_11_06_1636216703.jpg

Rusiyanın Krasnoyarsk diyarının Severo-Yenisey rayonunda qızıl mədəninin işçilərini daşıyan avtobus aşıb, 20-dən çox insan müayinə üçün xəstəxanaya aparılıb.

Femida.az -IN məlumatına görə, bu barədə RİA "Novosti"yə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib.

"Xidməti avtobusun yoldan çıxması nəticəsində aşıb. İlkin məlumata görə, 23 nəfər müayinə olunmaq üçün tibb müəssisələrinə aparılıb", - mənbə bildirib.

Onun sözlərinə görə, ilkin məlumatlara görə, avtobusda qızıl mədəninin 25 işçisi olub. Qəzanın hansı şəraitdə baş verməsi araşdırılır.

Açar sözlər:

Oxunub: 454