Rusiyada koronavirusdan ölənlərin sayı 300 mini ötüb


16:43     22 Dekabr 2021 21_12_22_1640173456.jpg

Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 1 020 nəfər artaraq 300 269-a yüksəlib.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son bir gündə daha 25 264 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 292 983 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 097 521 nəfər sağalıb.

Açar sözlər:

Oxunub: 478