Rusiyada yol qəzasında 3 polis əməkdaşı ölüb


13:35     09 İyun 2022 22_06_09_1654763766.jpg

Rusiyanın Omsk vilayətində minik maşını ilə yük avtomobilinin toqquşması nəticəsində yol polisinin 3 əməkdaşı ölüb.

Femida.az TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti yayıb.

İlkin məlumata görə, “Lada Vesta” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək “Mercedes” markalı yük maşını ilə toqquşub.

Bildirilib ki, hadisə iyunun 9-da səhər saatlarında Çelyabinsk-Novosibirsk trasının 932-ci km-liyində baş verib.

Qəza ilə bağlı araşdırmanı Omsk vilayəti prokurorluğu aparır.

Açar sözlər:

Oxunub: 313