Şəmkirdə arvadı və qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


10:15     11 İyun 2022 22_06_11_1654928115.jpg

Şəmkir rayonunda arvadı və qızını öldürməkdə təqsirləndirilən Elməddin Həsənovun məhkəməsi başlayır.

Femida.az-ın xəbərinə görə, cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 24-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayının 13-də Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, həmin gün təxminən saat 07 radələrində 1988-ci il təvəllüdlü E.Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı yaşadıqları evin yataq otağında hamilə vəziyyətdə olan arvadı, 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənovaya və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.7-ci, 120.2.8-ci və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb.

E.Həsənov tutularaq istintaqa cəlb olunub.

Açar sözlər:

Oxunub: 408