Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var


09:32     27 İyun 2022 22_06_27_1656308156.jpg

Bakı-Qazax magistral yolun Şəmkir rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 2 avtomobilin toqquşması nəticəsində, 1962-ci il təvəllüdlü M.Nəbiyeva, 1990-cı il təvəllüdlü M.Əliyeva və 1989-cu il təvəllüdlü G.Nəbiyeva xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 361