DİN işçi axtarır


15:48     20 Fevral 2016 dinnn1.jpg


Daxili İşlər Nazirliyi (DİN) nazirliyin aparatında vakant olan 2 inspektor-tərcüməçi (sinxron-ingilis dili) vəzifəsində xidmətə qəbulla bağlı müsabiqə elan edir.


DİN-in mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, müsabiqədə dövlət ali təhsil müəssisələrində tərcüməçi ixtisası üzrə magistr dərəcəsi almış, ingilis dilini mükəmməl bilən, yaşı 30-dək, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müvafiq ixtisas üzrə elmi dərəcəyə və tərcüməçi kimi əmək stajına malik və həmin vəzifələrdə işin funksiyalarının spesifikliyi, eləcə də xidmətin növbəliliyi baxımından kişilərə üstünlük veriləcək.

Namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər Baş Kadrlar İdarəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu, hərbi bileti (kişilər üçün), əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.

Sənədlər 2016-cı il fevralın 22-dən martın 22-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti, 7 ünvanında, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qəbul edilir.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: 012-590-98-55; 012-590-92-37.

Açar sözlər:

Oxunub: 2922