DİN tutulan şəxslərin FOTOLARINI YAYDI
14:51 21 Dekabr 2017
Yollarda və körpülərdə quraşdırılan divar işıqları və elektrik naqillərini oğurlayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, ölkənin əsas strateji yolları və körpülərində quraşdırılan divar işıqları, elektrik naqillərinin oğurlanması hallarının qarşısının alınması, həmçinin bu qanunsuz əməlləri törədən şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində yol kənarında divara quraşdırılan 29 ədəd işıq plafonunun naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Mustafayev, İlham Əhmədov və Nizami Cəbrayılov saxlanılıb.
Aparılan araşdırmalar zamanı onların əlavə olaraq noyabr-dekabr ayları ərzində Bakı Elektrik Şəbəkəsinə məxsus 140 metr elektrik naqilini, “Bakı Abadlıq Xidməti” MMC-nin balansında olan 27 ədəd divar işığı və 141 ədəd spot işıqlarını oğurladıqları da müəyyən edilib. Saxlanılan şəxslər ifadələri zamanı oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.
Qeyd edilən faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxunub: 2301
Oxşar xəbərlər
- DİN-dən əməliyyat: 31 kq narkotik dövriyyədən çıxarıldı
- Din xadimləri bu qədər maaş alacaq - VİDEO
- DİN həbs olunan polkovniklə bağlı məlumat yaydı
- DİN tutulan şəxslərlə bağlı məlumat yaydı - Aralarında yeniyetmələr də var
- Dini icmaların sayı 800-ə yaxınlaşdı
- DİN-dən ƏMƏLİYYAT: Ağstafa sakini 9 kq narkotiklə tutuldu
- DİN məlumat yaydı
- DİN İlhamə Quliyevanın oğlu ilə bağlı məlumat yaydı
- Dini Komitə 12 yaşlı məktəblinin intiharını araşdırır
- Dini Komitə Qubada treninq keçirib