Dini icmaların sayı 800-ə yaxınlaşdı
20:56 22 Dekabr 2017
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış 9 dini icmaya şəhadətnamələr təqdim edilib.
Komitədən Femida.az-a verilən məlumata görə, Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov “İslam Həmrəyliyi İli”nin elan olunmasının həm daxili, həm də beynəlxalq-ümumbəşəri çağırışları ehtiva etdiyini deyib və tarixən İslam dünyasının bir parçasına çevrilmiş ölkəmizin bununla öz milli-mənəvi dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirdiyini vurğulayıb.
Sonda icma sədrlərinə qeydiyyat şəhadətnamələri təqdim edilib.
Qeyd edək ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi “Hacı Bəyverdi” məscidi, Ucar rayonu Alpout kəndi Hz. Əbəlfəzl adına “Cümə” məscidi, Ucar rayonu Müsüslü kənd məscidi, Lənkəran rayonu Şovu kənd məscidi, Lənkəran rayonu Diryan kənd məscidi, İmişli şəhəri “İmam Hüseyn” məscidi, Saatlı rayon Çolpı kəndi “İmam Əli” məscidi Masallı şəhəri, Ərkivan qəsəbə inzibati ərazi dairəsinin “Şeyx Səfi” məscidi və Neftçala rayonu Şirvanlı kəndi “Həsənağa” məscidi dini icmaları dövlət qeydiyyatına alınıb.
Bununla Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 793-ə çatıb.
Femida.az
Oxunub: 945
Oxşar xəbərlər
- Dini Komitə 12 yaşlı məktəblinin intiharını araşdırır
- Dini Komitə Qubada treninq keçirib
- Dini lağa qoymaq cinayətdirmi?
- Dini konfenssiyalardan Alxanlı faciəsi ilə bağlı müraciət
- Dini icmalara şəhadətnamələr verildi
- Dini Komitə Hacı İlqara xəbərdarlıq etdi
- Dini icmalara pul ayrılıb
- Dini etiqad azadlığı haqqında qanuna dəyişiklik - Qadağalar götürülür
- Dini mərasim zamanı yanğın olub- 22 ölü, 87 yaralı
- Dini liderlər Qarabağla bağlı görüşəcək - Erməni mediasından iddia