Dini Komitə 12 yaşlı məktəblinin intiharını araşdırır


17:24     05 Dekabr 2017 intihar%20femida.az.jpg

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağdaş rayonunda 12 yaşlı məktəblinin intiharı ilə bağlı araşdırma aparır.


Bu barədə Femida.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib.

Komirə rəsmisi vurğulayıb bildirib ki, hadisənin qeyd edildiyi kimi dinlə bağlı olub-olmadığı araşdırılır: “Hələlik bu barədə bir söz demək çətindir. Araşdırmanın nəticəsi bəlli olduqdan sonra məlumat veriləcək”.

Qeyd edək ki, Ağdaş rayonu Ləki qəsəbə sakini, 12 yaşlı İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun bir neçə aydır ki, dərsdən sonra “Quran” oxumağı öyrənmək üçün kənddəki mollanın yanına getdiyi qeyd edilib. Həmçinin intihardan öncə yazdığı məktubda peyğəmbərin yanına getdiyini vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 795