DİN tutulan şəxslərlə bağlı məlumat yaydı - Aralarında yeniyetmələr də var


16:57     23 Dekabr 2017 hebs89.jpg

Gəncə və Sumqayıtda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.



Femida.az -ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Gəncədə oğurluq etdiklərinə görə tutulmuş Əlisahib Bədəlovun və Tünzalə Uğurluyevanın ətrafında Nizami RPİ-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların dekabrın 13-də Gəncə şəhəri ərazisindəki apteklərin birindən 1012 manat pul oğurlamaları da müəyyən edilib.

Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 10-da Gəncə şəhəri ərazisindəki marketlərin birindən 2500 manat pul oğurlamaqda şübhəli bilinən şəhər və Yevlax rayon sakinləri olan iki yeniyetmə saxlanılıb.

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə dekabrın 21-də şəhər ərazisindəki evlərin birindən 210 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Müqbil Həşimov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun noyabrın 18-dən dekabrın 20-dək olan müddətdə şəhər ərazisində daha 3 evdən pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.

Hər bir faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 3275