Davudoğlu AB qarşısında şərt qoydu


21:42     18 Mart 2016 davudoglu%20aa.jpg

Türkiyə Baş Naziri Əhməd Davudoğlu bu gün Brüselə səfər edib. Səfərin əsas məqsədi suriyalı qaçqınlarla bağlı Avropa Birliyi ölkələri arasında yaranmış gərgin vəziyyəti aradan qaldırmaqdır.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, Brüseldə Avropa birliyi rəhbərlərinin zirvə görüşünün 1-ci günündə qaçqın məsələləri ilə bağlı Türkiyə ilə ortaq həll yolu müəyyən olunub. Lakin görüşün 2-ci günüdə Merkel açıqlama verib ki, Ankara ilə danışıqlar düşünüldüyü kimi heç də asan olmayacaq.

Ankara isə istəyir ki, Türkiyədən Yunanıstana getmiş qaçqınları geri qaytarsın. Hər geri qaytarılmış suriyalı qarşılığında Avropa Birliyi türkiyədən leqal yolla bir suriyalı müharibə qaçqınını Avropaya götürmək fikirindədir. Həmçinin Türkiyə ölkədəki suriyalı qaçqınların təminatı üçün 3 milyard avro almalıdır.

Lakin bu prosesin nə zaman həyata keçirilməyə başlayacağı bəlli deyil.


Vüsal Abbaszadə
Femida.az

Açar sözlər:

Oxunub: 980