Kəmaləddin Heydərovdan mühüm görüş


19:25     14 Aprel 2016 kemaleddin24.jpg

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 14-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Dazhu Yanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Femida.az verdiyi məlumata görə, K. Heydərov bildirib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) yarandığı ilk gündən AEBA ilə sıx və faydalı əməkdaşlıq edir. Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatının fəaliyyəti haqqında ətraflı məlumat verən nazir AEBA ilə bir sıra əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini xüsusi vurğulayıb.

Öz növbəsində, AEBA baş direktorunun müavini Dazhu Yanq FHN ilə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, yeni layihələrin həyata keçirilməsi sahəsində geniş potensialın olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər zamanı AEBA-nın nümayəndə heyəti FHN-in “İzotop” xüsusi kombinatında da olmuş, Kombinatın fəaliyyəti ilə yerində tanış olub.

Açar sözlər:

Oxunub: 1273