İraq Rusiyadan kömək istəyir
03:40 17 Aprel 2016
İraq hökuməti dağıdılmış tarixi və mədəni abidələrin bərpa olunmasında və geri qaytarılmasında Rusiyadan kömək istəyir.
Femida.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda İraqın Rusiyadakı səfiri İsmayıl Şəfiq Muhsin məlumat verib.
Səfirin sözlərinə görə, 2003-cü ildə İŞİD terror qruplaşması tərəfindən İraqın mədəni sərvətinin çox hissəsinə ziyan verilib. Xüsusilə, 2014-cü ildə terrorçuların İraqın şəhərlərinə etdiyi davamlı hücumları nəticəsində, minlərlə abidələr, incəsənət nümunələri məhv edilib. Nisbətən, qiymətli olanlar isə oğurlanıb.
Diplomat həmçinin, terror birləşmələrinin öz maliyyə ehtiyaclarının bir hissəsini oğurlanmış abidələri satmaqla təmin etdiyini də vurğulayıb.
Qeyd edək ki, bir müddət bundan öncə Rusiya hökuməti tarixi Palmiranın dağıdılması ilə bağlı YUNESKO-ya müraciət etmiş və nəticədə, şəhərin bərpası üçün fond yaradılmışdır.
Oxunub: 1084
Oxşar xəbərlər
- İraqda ardıcıl 2 güclü zəlzələ oldu
- İraqda silahlı hərəkat dövlətə təslim oldu
- İraq Kərkük nefti ilə bağlı İranla anlaşdı
- İraqda İŞİD üzərində qələbəni belə qeyd edəcək
- İraqda 40 uşağın cəsədi aşkarlandı
- İraq qana boyandı - 24 nəfər öldü,60 nəfər yaralandı
- İraq və Suriyadakı azərbaycanlıların qaytarılması üçün dövlət proqramı hazırlanır
- İraq Azərbaycanla bağlı xəbəri təkzib etdi
- İraqda yüzdən çox azərbaycanlı qadın və uşaq var - Nazirdən açıqlama
- İraqla Bərzani arasında razılıq - Atəşkəs elan olundu