Merkel Türkiyəyə gedir


13:20     23 Aprel 2016 merkell31.jpg

Bu gün Almaniya kansleri Angela Merkel və Avropa Şurasının rəsmiləri Türkiyəyə səfər edəcəklər.


Femida.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, kansler Türkiyə-Suriya sərhədi yaxınlığında Qaziantəp şəhərində yerləşən qaçqın şəhərciyinə baş çəkəcək. Merkellə birgə Türkiyəyə Avropa Şurasının prezidenti Donald Tusk və vitse-prezidenti Frans Timmerman da səfər edəcəklər.

Məlumata görə, Almaniya hökumətinin başçısı Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşəcək və Avropa ölkələrinə axın edən miqrantların məsələsini müzakirə edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1230