Elçin Quliyev Berdiməhəmmədovla görüşdü


23:10     23 Aprel 2016 elcin%20q.jpg

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev MDB-yə üzv dövlətlərin Sərhəd Qoşunları Rəhbərləri Şurasının 75-ci iclasında iştirak məqsədilə Aşqabada səfər edib.


Femida.az xəbər verir ki, səfər çərçivəsində E.Quliyev türkmən atlarına həsr olunmuş illik ənənəvi bayram tədbirlərinə qatılıb.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb. Elçin Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb. Türkmənistan Prezidenti öz növbəsində səmimi salamlarının dövlətimizin başçısına çatdırılmasını xahiş edib.

Bundan başqa, Elçin Quliyev Türkmənistanın Dövlət Təhlükəsizlik Şurasının katibi Yaylım Berdiyev, Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Dövlət Sərhəd Xidmətinin rəisi Begenç Gündoqdıyev və digər rəsmi şəxslərlə görüşüb.

Tədbir və görüşlərdə Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov iştirak edib.

Açar sözlər:

Oxunub: 1497