Elçin Zahiroğlu yeni sayt açdı


16:50     17 Oktyabr 2016 sayt.png

Bu gündən “Bakı Post” (bakipost.az/) saytı yeni, modern informasiya resursu kimi istifadəyə verilir.


Femida.az xəbər verir ki, sayta bakipost.az və bakupost.az domenlərindən giriş olacaq. Sayt rəhbərliyinin mətbuat üçün yaydığı xülasədə deyilir: “Bakı Post”un hədəfi ölkəmizin informasiya mühitində canlanma yaratmaq və məlumata daha tez çatmaqla cəmiyyətin operativ informasiya ehtiyacının ödənməsinə xidmət etməkdir. Demokratiya və plüralizm prinsiplərinə əsaslanan “Bakı Post”, hər bir izləyənin azad tribunasına çevriləcək. Bu sayt yalnız xəbər dərc etməklə kifayətlənməyəcək, təhlillər, rəylər, mütəxəssis fikirləri ilə baş verən hadisələrin əsl mahiyyətini açmağa çalışacaq.

İnanırıq ki, “Bakı Post”, qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, oxucuların etibar etdiyi, güvəndiyi bir portala çevriləcək. Ölkəmizə “Bakı Post”un pəncərəsindən baxın. Daha gerçək bir ölkə görmək üçün!”

Qeyd edək ki, saytın rəhbəri tanınmış jurnalist Elçin Zahiroğludur.

Açar sözlər:

Oxunub: 1573