Elçin Əmirbəyov Mehriban Əliyevanın köməkçisi təyin edilib


15:39     24 İyun 2017 trend_elchin_amirbekov_200509_2_1498288079.jpg

Elçin Əmirbəyov Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi təyin edilib.


Femida.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Elçin Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri olub.

O, ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncamla vəzifəsindən geri çağırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 5456