Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin generalı ilə görüşüb


17:04     06 Dekabr 2017 dsx%20(1).jpg

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi general-pol­kovnik Yavuz Türk­gəncin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


DSX-nin mətbuat mərkəzindən Femida.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Dövlət Sərhəd Xidməti və Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əla­qə­lə­rin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın per­spektivlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanın dövlət sərhəd­lərin­dəki möv­cud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermə­nistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu əra­zilərdən qeyri-qanuni məqsədlərlə isti­fadə hallarının davam etdi­rilməsi qeyd olunub.

Transsərhəd cinayətkarlığı ilə müba­rizədə həyata ke­çirilmiş tədbirlər, Dövlət Sərhəd Xidmətində aparılan islahatlar, sər­həd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın tək­mil­ləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlu­mat verilib.

Tərəflər arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin də­rinləş­diril­mə­si, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsə­dilə qarşılıqlı təcrübə müba­di­ləsinin aparılması və birgə tədbirlərin keçiril­məsi istiqamətində əməkdaş­lığın genişləndirilməsinin zəruriliyi vurğu­lan­ıb.

Görüşdə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral da iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 778