Elçin Quliyev Türkiyənin ordu generalı ilə görüşdü
23:14 12 İyun 2017
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev DSX Aparatında Türkiyə Respublikası Quru Qoşunlarının Komandanı, ordu generalı Salih Zeki Çolakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
DSX Mətbuat Mərkəzindən Femida.az -a verilən məlumata görə, görüşdə DSX və Türkiyə Respublikasının Quru Qoşunları arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Söhbət əsnasında transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.
Tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, sərhəd təlimlərinin və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Oxunub: 2256
Oxşar xəbərlər
- Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin generalı ilə görüşüb
- Elçin Əmirbəyov Mehriban Əliyevanın köməkçisi təyin edilib
- Elçin Behbudov da MTN-dən pul alırmış
- Elçin Quliyev türkiyəli generalla görüşüb
- Elçin Zahiroğlu yeni sayt açdı
- Elçin Əfəndiyev Şimon Peresin dəfnində - CANLI YAYIM
- Elçin Zahiroğlu AzNews.az-dan getdi
- Elçin Quliyev Berdiməhəmmədovla görüşdü
- Elçin Quliyev vətəndaşlarla görüşəcək
- Elçin Behbudovun həyat yoldaşı məhkəməyə müraciət etdi - SƏDRLİK DAVASI