Elçin Zahiroğlu AzNews.az-dan getdi


13:45     07 Sentyabr 2016 11130331_402322246640505_3792411947959560598_o.jpg

Uzun müddətdir AzNews.az saytının baş redaktoru vəzifəsində çalışan Elçin Zahiroğlu tutduğu postdan istefa verib.



Femida.az modern.az-a istinadən xəbər verir ki, Elçin Zahiroğlunun özü də təsdiqləyib, lakin səbəblər barədə danışmayıb.

AzNews.az 2012-ci il avqustun 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayıb. Elçın Zahiroğlu həmin ilin dekabrından bu günə qədər saytın baş redaktoru olub.

Bu, saytın rəhbərliyindəki ikinci istefadır.

Açar sözlər:

Oxunub: 1650