Bakı-Quba yolunda ağır qəza: ölən və yaralananlar var


14:58     01 May 2016 02115e11ca402a6b1a5659a06d8782028.jpg

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.


Femida.az xəbər verir ki, magistral yolun 41-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində "Opel" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin 60 yaşlı sürücüsü vəfat edib. 47 və 35 yaşlı iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya minik avtomobilinin ötmə qaydalarına düzgün əməl etməməsi səbəb olub.

Araşdırma aparılır. (lent.az)

Femida.az

Açar sözlər:

Oxunub: 1276